"Qarabağ"ın keçmiş futbolçusu Ansi Aqolli Bakıya gəlib. O, səfər zamanı Ağdam klubunu ziyarət edib.
Sportarena.az klubun rəsmi sosial şəbəkə səhifələrinə istinadən xəbər verir ki, albaniyalı ilə uşaq futboluna dair potensial əməkdaşlıq perspektivləri müzakirə olunub.
Aqolli 2010-2019-cu illərdə "Qarabağ"da çıxış edib. 38 yaşlı futbolçu komandanın heyətində 5 dəfə ölkə çempionu olub, 3 dəfə Azərbaycan kubokunu qazanıb. O, “Qarabağ”dan ayrıldıqdan sonra ABŞ-ın "Nyu-York Kosmos" klubuna keçmişdi. Aqolli hazırda Amerikada özünün yaratdığı uşaq futbol akademiyasında faəliyyət göstərir.