"Yuxarı pillələrə yüksəlmək istəyirik" - "Sabah"ın hücumçusu

14:24 20 Fevral 2021

"Sabah"ın hücumçusu Kevin Kubemba Fransa mətbuatına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, 27 yaşlı hücumçu Azərbaycandakı karyerasıyla bağlı fikirlərini bildirib:

 

"Dənizə yaxın yerdəyəm. Burda temperatur 10 dərəcədi və ölkə tam inkişafdadır. Burda çoxlu təbii qaynaqlar var. "Sabah"da hər şey var, ingilis dilində müzakirələr edirik, tərcüməçimiz var və komandada fransız Amadu Diallonun olması da bir üstünlükdür. "Zirə" ilə oyunda iki qol vurdum. Daha əvvəl koronavirusa yoluxmuşdum, 7 gün karantində qaldım. Qış fasiləsindən sonra çempionat yenidən başlayıb və yuxarı pillələrə yüksəlmək istəyirik".

 

Kubemba bu mövsüm keçirdiyi 14 oyunda 5 qol vurub, 1 məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti