“Latsio” - “Bavariya” matçı keçirilməyə bilər

18:00 20 Fevral 2021

Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Latsio” (İtaliya) – “Bavariya” (Almaniya) maçı keçirilməyə bilər.

 

Sportarena.az xəbər verir ki, buna “Bavariya”da koronavirusa yoluxma hallarının çoxalması səbəb göstərilir.

 

Almaniya mətbuatının iddiasına görə, Münhen təmsilçisində koronavirusa yoluxma sayı artdığına görə komandanın tam tərkibdə karantinə getməsi götür-qoy edilir.

 

Qeyd edək ki, “Bavariya”da artıq dörd futbolçu koronavirusa yoluxub. Münhen klubunda son olaraq Benjamen Pavarda koronavirus aşkarlanıb.

 

“Latsio” – “Bavariya” matçı fevralın 23-də keçirilməlidir.


Digər xəbərlər

Xəbər xətti