Hər paylaşımdan sərvət qazanırlar - SİYAHI

12:00 21 Fevral 2021

"Yuventus”un hücumçusu Kriştiano Ronaldo meydançadakı uğurları ilə yanaşı, ondan kənarda da qazanır.

 

Sportarena.az xəbər verir ki, sosial mediada ən çox izlənilən idmançı olan portuqaliyalı paylaşımları ilə də qazanc əldə edir.

 

36 yaşlı forvardın instaqram səhifəsindən bir paylaşımı ona 1 milyon 250 min dollar pul qazandırır. 5 dəfə "Qızıl top”un sahibi olan superulduz hazırda dünyanın ən çox qazanc götürən futbolçusudu. Onun sosial mediada ümumilikdə 500 milyon izləyicisi var. 

 

Növbəti iki pilləni Lionel Messi və Neymar tutur. "Altılıq”da Lebron Ceyms, Devid Bekhem və Xames Rodriges də yer alıb. 

 

1. Kriştiano Ronaldo - 1 milyon 250 min dollar

2. Lionel Messi - 881 min dollar

3. Neymar - 709 min dollar

4. Lebron Ceyms - 384 min dollar

5. Devid Bekhem - 319 min dollar

6. Xames Rodriges - 228 min dollar


Xəbər xətti