Ronaldinyonun anası koronavirusdan vəfat etdi

12:14 21 Fevral 2021

Braziliya yığmasının keçmiş hücumçusu Ronaldinyonun anası Miqelina Eloi Dos Santos dünyasını dəyişib.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Qafqazinfo” “Diario Olé” nəşrinə istinadən xəbər verir.Mənbənin məlumatına görə, qadının ölümünə səbəb koronavirus olub. O, ötən ilin dekabrından intensiv terapiya şöbəsində yatırdı, lakin həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişdi.

 

Qeyd edək ki, 40 yaşlı Ronaldinyo karyerasını 2015-ci ildə başa vurub.


Xəbər xətti