“Qalatasaray” səfərdən 3 xalla döndü - VİDEO

12:53 21 Fevral 2021

Futbol üzrə Türkiyə Super Liqasında 26-cı turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, şənbə günü daha dörd görüş baş tutub. “Kasımpaşa” evdə “Fatih Karagümrük”ə, “Dənizlispor” “Gənclərbirliyi”nə qalib gəlibsə, “Yeni Malatyaspor” “Konyaspor”la matçdan məğlub ayrılıb.

 

Lider “Qalatasaray” isə bu turda “Alanyaspor”un qonağı olub və minimal hesabla qalib gəlib.

 

Türkiyə Super Liqası

26-cı tur

 

Kasımpaşa – Fatih Karagümrük 3:2

Qol: Telin, 20. Y.Erdoğan, 59; 68 – Roko, 14. Kastro, 80.

 

Dənizlispor – Gənclərbirliyi 1:0

Qol: Mesanoviç, 19.

 

Yeni Malatyaspor – Konyaspor 2:3

Qol: A.Büyük, 24; 45+3-pen – Diomande, 72. Çikalleşi, 80; 84.

 

Alanyaspor – Qalatasaray 0:1

Qol: E.Kılınc, 18.

 


Xəbər xətti