Əliyar Ağayev Super Liqa oyununu idarə etdi, Əmir Ağayev "Atromitos"u məğlubiyyətdən qurtardı - VİDEO

14:19 21 Fevral 2021

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Yunanıstan çempionatında növbəti qarşılaşmanı idarə edib.

 

Sportarena.az xəbər verir ki, Super Liqada dünən keçirilən "Atromitos” və AEL komandalarının görüşünün əsas hakimi Əliyar Ağayev olub.Əliyar Ağayevin beş sarı vərəqə göstərdiyi oyunda qalib müəyyənləşməyib. Oyun 1:1 hesabıyla başa çatıb.

 

Qonaq komanda görüşün 44-cü dəqiqəsində önə çıxıb. Meydan sahiblərini məğlubiyyətdən "Sumqayıt”dan tanıdığımız Əmir Ağayev xilas edib. Riad Rəfiyevin "milliləşdirdiyi" Əmir ikinci hissədə meydana daxil olub və komandasının yeganə qolunu vurub.

 

Əliyar Ağayev bu gün keçiriləcək "Volos” – "Apollon” qarşılaşmasında VAR hakimi olacaq.

 

 


Digər xəbərlər

Xəbər xətti