Donald Gerye debüt oyununda qol vurdu

15:54 22 Fevral 2021

Kipr çempionatında 26-cı turun oyunları keçirilir.


Sportarena.az xəbər verir ki, "Apollon" evdə "Enosis"i 2:1 hesabı ilə məğlub edib.Qış fasiləsində "Qarabağ"dan ayrılaraq, "Apollon"a keçən Donald Gerye komandada debüt edib. Matçda hesabı 69-cu dəqiqədə haitili futbolçu açıb. Bununla da 31 yaşlı futbolçu debüt oyununda fərqlənməyi bacarıb.


"Apollon"un heyətində "Qəbələ" və "Neftçi"nin keçmiş hücumçusu Baqali Dabo da meydanda olub.
 

"Apollon" 54 xalla turnir ccədvəlində 3-cüdür. Limassol təmsilçisi lider "Omoniya"dan 2 xal geri qalır. 


Digər xəbərlər

Xəbər xətti