Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib.
Sportarena.az xəbər verir ki, Madrid təmsilçisi “Atletiko” İngiltərənin “Çelsi” klubunu qəbul edib. Qarşılaşma pandemiya səbəbindən Rumıniyanın paytaxtı Buxarestdə baş tutub. Digər oyun isə İtaliyada olub. “Latsio” öz meydanında turnirin son qalibi olan Almaniyanın “Bavariya” klubunu sınağa çəkib.
Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
00:00. "Atletiko" (İspaniya) - "Çelsi" (İngiltərə) 0:1
Buxarest, “Nasional” stadionu. Baş hakim: Feliks Brix (Almaniya)
00:00. "Latsio" (İtaliya) - "Bavariya" (Almaniya) 1:4
Roma, “Olimpiko” arena. Baş hakim: Orel Qrinfeld (İsrail)
Qeyd edək ki, 1/8 finalın əvvəlki görüşlərində PSJ "Barselona"ya 4:1, "Liverpul" "Leyptsiq"ə 2:0, "Portu" "Yuventus"a 2:1, "Borussiya" (Dortmund) isə "Sevilya"ya 3:2 hesabı ilə qalib gəlib. Bu mərhələnin digər iki oyunu sabah keçiriləcək. Madrid “Rea”ı İtaliyada "Atalanta" ilə, "Mançester Siti" Budapeştdə "Borussiya" (Mönhenqladbax) ilə qarşılaşacaq.