Azərbaycan şahmatçıları Avropa Kubokunda çıxış edəcək

12:45 23 Fevral 2021

Martın 27-də onlayn şahmat üzrə klublar arasında Avropa Kubokuna start veriləcək.

 

Sportarena.az xəbər veri rki, yarışa mərhum şahmatçı Vüqar Həşimovun adını daşıyan “Vüqar Həşimov” klubu da qatılacaq.

 

Komandanın heyətində Avropa çempionu Rauf Məmmədov və Vüqar Əsədli, yeniyetmələrin dünya birinciliyinin qalibi, Ümumdünya Şahmat Olimpiadasının qızıl medalçıları Aydın Süleymamlı və Əhməd Əhmədzadə, eləcə də Ülvi Sadıxov yer alıb. Yaxın günlərdə heyətə daha bir şahmatçının cəlb olunması nəzərdə tutulub. Kapitan isə FİDE məşqçisi Anar Allahverdiyev olacaq.

 

Qeyd edək ki, Avropa Kuboku martın 31-nə qədər davam edəcək.


Digər xəbərlər

Xəbər xətti