Yığmamız seçmə mərhələni qələbə ilə başa vurub - YENİLƏNİB

00:06 24 Fevral 2021

Bu gün futbol üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda Moldova seçməsini qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.

 

Son oyunda İspaniya seçməsinə 0:13 hesabı ilə uduzan yığma D qrupunda xal qazana bilməyib və sonuncu - 5-ci pillədə qərarlaşıb. Yalnız Azərbaycan millisini məğlub edən Moldova isə 3 xalla 4-cü sıradadır. Qrupun digər qarşılaşmasında İspaniya Polşanı sınağa çəkəcək.

 

Qeyd edək ki, millimizin son qələbəsi isə 2009-cu il oktyabrın 28-də qeydə alınıb. 11 il 4 ay öncəki matçda yığmamız Uelsi 2:1 hesabı ilə yenib.


Digər xəbərlər

Xəbər xətti