"Mançester Siti" "Borussiya"nı, "Real" "Atalanta"nı məğlub etdi

07:10 25 Fevral 2021

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk matçlarına yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutub. "Atalanta" evdə "Real"ı qəbul edib və 0:1 hesabı ilə uduzub.

 

Digər matçda isə "Borussiya" (Mönhenqladbax) "Mançester Siti" ilə qarşılaşıb. Matç pandemiya ilə bağlı səyahət məhdudiyyətləri səbəbindən Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçirilib. Oyun Mançester təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.

 

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

"Atalanta" (İtaliya) - "Real Madrid" (İspaniya) - 0:1

Qol: Ferlan Mendi, 86

Qırmızı vərəqə: Remo Freuler, 17 ("Atalanta")

 

"Borussiya" (Mönhenqladbax, Almaniya) - "Mançester Siti" (İngiltərə) - 0:2

Qollar: Bernardo Silva, 29, Qabriel Jezuş, 65.


Digər xəbərlər

Xəbər xətti