“Maribor” Kamoranezini istefaya göndərdi

10:20 25 Fevral 2021

Sloveniyanın “Maribor” klubu baş məşqçisi Mauro Kamoranezi ilə yollarını ayırıb.

 

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.44 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. O, ötən ilin sentyabrından “Maribor”u çalışdırırdı.

 

“Maribor” Sloveniya çempionatında bu mövsüm 23 oyuna 43 xal toplayıb və 2-ci sırada qərarlaşıb.

 

Argentina əsilli italyan mütəxəssis 2015-ci ildən məşqçilik edir. İtaliya milli komandasıyla DÇ-2006-nın qalibi olmuş keçmiş yarımmüdafiəçi, “Maribor”dan öncə “Tabor”, “Tapakula”, “Tiqre” və “Koras de Tepiç” klublarını da çalışdırıb.


Digər xəbərlər

Xəbər xətti