“Qarabağ” Xocalı soyqırımını xüsusi forma ilə yad etdi - FOTO

22:02 25 Fevral 2021

"Qarabağ” futbol üzrə Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində qarşılaşdığı “Səbail”lə oyunda xüsusi formalarla mübarizə aparıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Belə ki, “Qarabağ”ın futbolçuları Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı meydana üzərində faciə qurbanlarının sayı (613) və “Justice for Khojaly” (Xocalıya ədalət) sözləri yazılmış xüsusi forma ilə çıxıblar.

 

Qeyd edək ki, “Qarabağ” “Səbail”lə oyunda 1:0 hesabıyla qalib gəlib.



Xəbər xətti