Ağır atletika Olimpiya Oyunlarından çıxarıla bilər

00:48 26 Fevral 2021

Ağır atletika Olimpiya Oyunlarından çıxarıla bilər.

 

Sportarena.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu xəbərdarlıq Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Baxın dilindən səslənib.

 

Tomas Bax Beynəlxalq Ağır Atletika Federasiyasını (IWF) mümkün nəticələr, daha dəqiq desək, ağır atletikanın Parisdəki Oyunların proqramından və sonrakı Olimpiya Oyunlarından çıxarılması perspektivi barədə xəbərdarlıq edib. Bu, IWF-in BOK-un dopinqə qarşı mübarizəyə dair tələblərinə məhəl qoymayacağı təqdirdə baş verəcək. 

 

Bununla yanaşı, BOK artıq ağır atletlərin Olimpiya turnirinin proqramını azaldıb. 2024-cü ildə Parisdə keçiriləcək Olimpiadada yalnız 120 ştanqçı çıxış edəcək.


Digər xəbərlər

Xəbər xətti