Kişi boksçulardan ibarət millimiz Türkiyəyə toplanışa gedir

Sportarena.az      26 Fevral 2021 , 12:23

Kişi boksçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı olacaq.

 

Sportarena.az Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Umberto Orta Domingesin rəhbərlik etdiyi yığma Avropa Olimpiya Təsnifat Turnirinə hazırlığı Türkiyənin Kastamonu şəhərində keçəcək.

 

Məşqçilər korpusu toplanışda Rüfət Hüseynov, Məsud Yusifzadə (hər ikisi 52 kq), Ümid Rüstəmov, Tayfur Əliyev (hər ikisi 57 kq), Cavid Çələbiyev, Ruslan Rüstəmov (hər ikisi 63 kq), Sərxan Əliyev, Lorenzo Sotomayor, Nəbi İsgəndərov (hər üçü 69 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominges (81 kq), Osnay Benkoma (91 kq) və Məhəmməd Abdullayevi (+91 kq) yoxlayacaq.

 

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ənənəvi “Strandja” turnirinə qatılan Türkiyə millisinin də sonradan Azərbaycan idmançıları ilə birgə məşq edəcəyi istisna olunmur.

 

Komanda martın 21-dək davam edəcək hazırlığın son günlərində beynəlxalq turnirə də qatılacaq. Yığma üzvləri İstanbulda təşkil olunacaq Boğaziçi yarışında qüvvəsini sınayacaq. Bu turnir martın 16-da start götürəcək.

 

Qeyd edək ki, boksçular Türkiyəyə bu gün yola düşəcəklər. Komandanın heyətində hələlik Tayfur Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə əldə edib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin