Avropa Liqasında 1/8 finalın püşkü atıldı

16:39 26 Fevral 2021

Bu gün futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

 

Sportarena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan mərasimə Bakı vaxtı ilə saat 16:00-da start verilib. Bu mərhələdə komandalar səbətlərə bölünməyib. Bu üzdən də eyni ölkənin təmsilçiləri bir-birilərinə rəqib ola bilərdilər.

 

Bu mərhələnin ən maraqlı görüşlərindən biri “Mançester Yunayted”lə “Milan” arasında baş tutacaq.“Arsenal” “Olimpiakos”la, “Tottenhem” isə Zaqreb “Dinamo”su ilə düşüb.

 

1/8 finalın ilk oyunları martın 11-də, cavab matçları isə bir həftə sonra keçiriləcək.

 

Avropa Liqası

1/8 final

 

“Ayaks” (Niderland) - “Yanq Boyz” (İsveçrə)

“Dinamo” (Kiyev, Ukrayna) - “Vilyarreal” (İspaniya)

“Roma” (İtaliya) - “Şaxtyor” (Donetsk, Ukrayna)

“Olimpiakos” (Yunanıstan) - “Arsenal” (İngiltərə)

“Dinamo” (Zaqreb, Xorvatiya) - “Tottenhem” (İngiltərə)

“Mançester Yunayted” (İngiltərə) - “Milan” (İtaliya)

“Slaviya” (Praqa, Çexiya) - “Reyncers” (Şotlandiya)

“Qranada” (İspaniya) - “Molde” (Norveç)


Digər xəbərlər

Xəbər xətti