Etopaz-dan Xocalı soyqırımı ilə bağlı VİDEO

15:15 26 Fevral 2021

Bu gün Azərbaycan tarixinin ən kədərli günlərindən olan Xocalı soyqırımının ildönümüdür.
 

Erməni faşistlərinin dinc Xocalı sakinlərinə qarşı törətdiyi qətliamdan 29 il keçir. 1992-ci fevralın 25-dən 26-na keçən gecə törədilən insanlığa sığmayan bu vəhşilik 106 qadın, 70 qoca, 63 uşaq olmaqla ümumilikdə 613 xocalılının həyatına son qoydu. 1000 nəfər aldığı güllə yaralarından əlil oldu. Girov götürülmüş 1275 nəfərdən 150-nin taleyindən indiyədək xəbər yoxdur. 8 ailə tamamilə məhv edilib.

 

Etopaz bu dəhşətli faciənin qurbanlarının xatirəsini ehtiramla anır, ruhları qarşısında baş əyir.
 

Soyqırımla bağlı hazırlanan videoçarxı təqdim edirik.

 

 


Digər xəbərlər

Xəbər xətti