Super Liqa klubunda baş məşqçi ilə yeni müqavilə

01:20 27 Fevral 2021

Türkiyənin “Hatayspor” klubu baş məşqçi Ömər Ərdoğanla müqavilənin müddətini uzadıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.Ərdoğanın sözləşməsinin müddəti 2023-cü ilin yayına qədər uzadılıb.

 

43 yaşlı mütəxəssis ötən ilin avqustundan “Hatayspor”u çalışdırır. Onun rəhbərlik etdiyi komanda Super Liqanın cari mövsümündə keçirdiyi 25 oyuna 42 xal toplayıb və 6-cı sırada qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti