İlkay Gündoğan: "Mançester Yunayted" mənimlə maraqlanırdı"

14:00 27 Fevral 2021

"Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğan açıqlama verib.
 
 

Sportarena.az xəbər verir ki, Almaniya millisinin üzvü "şəhərlilər"ə transfer olmamışdan öncə "Mançester Yunayted"in maraq dairəsində olduğunu deyib:
 

"Mançester Siti"yə gəlməmişdən 2-3 il əvvəl "Mançester Yunayted"in marağı var idi. "Borussiya"dakı komanda yoldaşım Şinji Kaqavanı transfer etmişdilər. Onu izləməyə gələndə məni də bəyənmişdilər. Ancaq bu transfer üçün görüşmədik. Çünki "Borussiya" məni satmaq fikrində olmadığını açıqlamışdı. Buna görə də danışıq aparmağın mənası da yox idi".
 

"Mançester Siti" İlkayı 2016-cı ildə "Borussiya"dan 27 milyon avroya transfer edib. 30 yaşlı yarımmüdafiəçi bu mövsüm keçirdiyi 28 oyunda 13 qol vurub, 3 məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti