Kişi voleybolçular arasında Avropa çempionatı 4 ölkədə təşkil olunacaq

14:30 27 Fevral 2021

Kişi voleybolçular arasında Avropa çempionatının vaxtı açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmi saytı məlumat yayıb.  Turnir 1 - 19 sentyabrda Polşa, Finlandiya, Çexiya və Estoniyada keçiriləcək.

 

Yarışda 24 yığma iştirak edəcək. İlkin mərhələdə komandalar 4 qrupa bölünəcəklər. 16 ən yaxşı yığma pley-off-a vəsiqə qazanacaq.

 

Qeyd edək ki, Avropa çempionatının son qalibi Serbiya olub.


Digər xəbərlər

Xəbər xətti