Mahir Emrelini "Qalatasaray"ın skautuna təklif etdilər

18:00 27 Fevral 2021

"Qalatasaray"ın skautu Əmrə Utkucan tvitterdə "Qarabağ"ın hücumçusu Mahir Emreli ilə bağlı maraqlı təklif alıb.

 

Sportarena.az xəbər verir ki, İmla Kılavuzoğlu adlı istifadəçi İstanbul təmsilçisinin rəsmi nümayəndəsinə müraciət edib:

 

"Əmrə bəy, "Qarabağ"dakı Mahir Emrelini izləmisiniz? Komandamızda bu vaxtadək Azərbaycan türkü olmayıb. Bunu qeyd dəftərinizin bir qırağına yazın".

 

23 yaşlı hücumçunun mövsümün sonunda "Qarabağ"la müqaviləsi başa çatır.


Digər xəbərlər

Xəbər xətti