“Mançester Siti” doğma meydanda qələbə qazandı - VİDEO

10:28 28 Fevral 2021

Futbol üzrə İngiltərə Premyer Liqasında 26-cı tura start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib. Turun açılış matçında lider “Mançester Siti” doğma meydanda “Vest Hem”i sınağa çəkib və çətin qələbəyə sevinib.

 

“Vest Bromviç” “Brayton”u doğma meydanda minimal hesabla üstələyibsə, “Lids” oxşar hesabla “Aston Villa”ya məğlub olub. “Nyukasl” – “Vulverhempton” görüşündə isə qalib müəyyənləşməyib.

 

 

İngiltərə Premyer Liqası

26-cı tur

 

Mançester Siti – Vest Hem 2:1

Qol: Dias, 30. Stounz, 68 – Antonio, 43.

 

Vest Bromviç – Brayton 1:0

Qol: Bertli, 11.

 

Lids – Aston Villa 0:1

Qol: El-Qazi, 5.

 

Nyukasl – Vulverhempton 1:1

Qol: Laskelles, 52 – Neves, 73.

 

 


Xəbər xətti