Futbol üzrə Türkiyə Super Liqasında 27-ci turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, “Hatayspor” doğma meydanda “Ankaragücü”nə böyük hesabla qalib gəlib. “Fatih Karagümrük” də “Alanyaspor”u məğlub yola salıb. “Antalyaspor” – “Başakşəhər” və “Rizəspor” – “Sivasspor” matçlarında qapılara qol vurulmayıb.
Lider “Qalatasaray” isə “Ərzurumspor”u sınağa çəkib. İstanbul təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.
Türkiyə Super Liqası
27-ci tur
Hatayspor – Ankaragücü 4:1
Qol: Diuf, 45; 55-pen. Akintola, 65-pen; 74 – Borven, 16.
Fatih Karagümrük – Alanyaspor 2:0
Qol: Ndao, 50. Borini, 88.
Antalyaspor – Başakşəhər 0:0
Rizəspor – Sivasspor 0:0
Qalatasaray – Ərzurumspor 2:0
Qol: M.Məhəmməd, 38; 45.