"Trabzonspor" "Fənərbaxça"ya minimal hesabla uduzdu - VİDEO

23:26 28 Fevral 2021

Türkiyə Superliqasında 27-ci tur başa çatıb.

 

Sportarena.az xəbər verir ki, turun son oyununda "Fənərbaxça" "Trabzonspor"un qonağı olub. Matç İstanbul təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Turnir cədvəlinə 57 xalla "Qalatasaray" başçılıq edir. "Beşiktaş" 54 xalla 2-cidir. Minimal hesablı qələbə sayəsində xalını 54-ə yüksəldən "Fənərbaxça" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb, "Trabzonspor" isə 48 xalla 4-cüdür.

 

"Trabzonspor" - "Fənərbaxça" - 0:1
Qol: Pelkas, 76

 


Digər xəbərlər

Xəbər xətti