Futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində martın 4-də, Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Moldova oyunu jurnalistlərə və azarkeşlərə qapalı olacaq.
Sportarena.az xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri, oyunun qapalı məkanda keçiriləcəyi nəzərə alınaraq, azarkeşlər və KİV nümayəndələri üçün qapalı təşkil olunacağı bildirilib.
Martın 4-də Bakı İdman Sarayında keçirləcək Azərbaycan – Moldova görüşü saat 19:00-da başlayacaq.