Portuqaliya - Azərbaycan matçı fərqli məkanda keçirilə bilər

03:50 2 Mart 2021

DÇ-2022-nin seçmə mərhələsinin Portuqaliya - Azərbaycan matçının yeri dəyişdirilə bilər.

 

Sportarena.az xəbər verir ki, buna səbəb pireneylilərin aparıcı üzvlərinin qarşılaşmada iştirak edə bilməmək təhlükəsidir. Belə ki, İngiltərə Premyer Liqasında çıxış edən futbolçular ölkədə koronavirusla bağlı tətbiq olunan səyahət məhdudiyyətlərinə görə yığmadan kənarda qala bilərlər. Qaydalara əsasən,  millinin düşərgəsindən qayıdacaq futbolçular İngiltərə karantinə alınacaq. Bu isə Premyer Liqa klublarının narazılığına səbəb olur.

 

Vəziyyətdən çıxış yolu axtaran Portuqaliya Futbol Federasiyası oyunun başqa ölkədə keçirilməsi variantını nəzərdən keçirir.

 

Qeyd edək ki, Portuqaliya - Azərbaycan görüşü martın 24-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti