Türkiyə çempionatı: "Qalatasaray" səfər matçından əliboş qayıtdı

00:25 4 Mart 2021

Futbol üzrə Türkiyə Super Liqasında 28-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, bu gün daha beş qarşılaşma baş tutub. “Ərzurumspor” – “Fatih Karagümrük”, “Başakşəhər” – “Konyaspor” və “Sivasspor” – “Hatayspor” oyunlarında qalib müəyyənləşməyib. “Kayserispor” – “Rizəspor” görüşü isə meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

 

Lider “Qalatasaray”ın bu turdakı rəqibi turnir cədvəlinin sonuncusu “Ankaragücü” olub. İstanbul təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb.

 

Türkiyə Super Liqası

28-ci tur

 

Ərzurumspor – Fatih Karagümrük 2:2

Qol: Şaheşuhe, 17-pen. O.Çelik, 63 – Sobiex, 30. Kastro, 53.

 

Başakşəhər – Konyaspor 1:1

Qol: D.Ba, 85 – Çikalleşi, 79.

 

Sivasspor – Hatayspor 1:1

Qol: Yatabare, 54 – Diuf, 59.

 

Ankaragücü – Qalatasaray 2:1

Qol: İ.Akdağ, 45+1-pen. Lodjanidze, 55 – K.Aktürkoğlu, 90+2.

 

Kayserispor – Rizəspor 2:1

Qol: Muhar, 48. İ.Parlak, 77 – Samu, 73.


Digər xəbərlər

Xəbər xətti