“Zədələr işimizi çətinə salır” – Ayxan Abbasov

01:03 4 Mart 2021

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

 

Sportarena.az xəbər verir ki, o, 0:0 hesabıyla bitən görüşdən sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

 

- Əlbəttə, oyunun gərgin, sürətli keçəcəyi gözlənilirdi. Rəqibimiz "Zirə" idi, bu komanda hər rəqibə qarşı fərqli oynayır. Bizə qarşı necə oynayacaqlarını təxmin etmişdik. Komandadan razı qaldım, "Qəbələ" ilə oyunda çatışmayan aqressiya bu gün var idi. Bu oyunda sonluq çatmadı. Epizodlar oldu, istəyərdik ki, qələbə qazanıb, xal fərqini azaldaq. Çempionatın sonuna qədər gərgin mübarizə olacaq. "Keşlə" ilə matçdan sonra hər oyunda itkilərimiz olur. Bu, bir az işimizi çətinə salır.

 

- İkinci hissənin ilk 30 dəqiqəsində sanki müdafiəyə çəkildiz. Bu, rəqibi əks-hücumda yaxalamaq istəyiniz ilə əlaqədar idi? 

- Oyunun gedişatı elə idi ki, hər iki komanda müəyyən müddət geri çəkilirdi. 90 dəqiqə pressinqlə oynamaq çətindir. İkinci hissədə "Zirə"nin hücuma çıxacağını bilirdik. 90 dəqiqə ancaq biz hücumda ola bilmərik.

 

- Əli Qurbani mövsümə yaxşı başlasa da, zədədən sonra qol vurmaqda çətinlik çəkir. Bu, zədəsinin təsiri ilə bağlıdır, yoxsa artıq rəqiblərin onu yaxşı tanıması ilə? 

- Əliyə zədə çox pis təsir etdi. Artıq rəqiblər də ona qarşı fərdi hazırlaşır. Bu gün 3 epizodu oldu və bu şansı özü yaratdı. İkisində qapıçı qurtarış etdi. Bizim çempionat çox çətindir. Hər komanda taktiki cəhətdən düzgün oynamağı bacarır. Çempionatımızda məhsuldarlıq azdı. Bunu komandaların düzgün taktika ilə oynamasına bağlamaq olar.


Digər xəbərlər

Xəbər xətti