İtaliya çempionatı: "Roma" qələbə qazandı, "Milan" heç-heçə etdi

01:17 4 Mart 2021

Futbol üzrə İtaliya A Seriyasında 25-ci turun oyunları davam edir.

 

Sportarena.az xəbər verir ki, altı qolun qeydə alındığı “Sassuolo” – “Napoli” matçında qalib müəyyənləşməyib. “Cenoa” – “Sampdoriya” görüşü də heç-heçə bitib. “Kalyari” “Bolonya”nı məğlub yola salıbsa, “Atalanta” “Krotone” üzərində darmadağına sevinib.

 

“Roma” səfərdə “Fiorentina”ya qalib gəlib. “Verona” isə “Benevento”nu səfərdə üç cavabsız qolla üstələyib. “Milan” doğma meydanda “Udineze” ilə üz-üzə gəlib və xal itkisi ilə üzləşib.

 

 

İtaliya A Seriyası

25-ci tur

 

Sassuolo – Napoli 3:3

Qol: Maksimoviç, 34-öz qapısına. Berardi, 45+1-pen. Kaputo, 90+5-pen – Zelinski, 38. Di Lorenso, 72. İnsinye, 90-pen.

 

Benevento – Verona 0:3

Qol: Faraoni, 25. Fulon, 34-öz qapısına. Lasanya, 50.

 

Milan – Udineze 1:1

Qol: Kessye, 90+7-pen – Bekan, 68.

 

Cenoa – Sampdoriya 1:1

Qol: Zappakosta, 52 – Tonelli, 77.

 

Fiorentina – Roma 1:2

Qol: Spinatsola, 60-öz qapısına – Spinatsola, 49. Diavara, 90.

 

Atalanta – Krotone 5:1

Qol: Qosens, 12. Palomino, 48. Muriel, 50. İliçiç, 58. Mirançuk, 85 – Simi, 23.

 

Kalyari – Bolonya 1:0

Qol: Ruqani, 19.


Digər xəbərlər

Xəbər xətti