Almaniya kubokunda daha iki yarımfinalçı bəlli olub

02:00 4 Mart 2021

Futbol üzrə Almaniya kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, daha iki yarımfinalçı bəlli olub. Səfərdə “Essen”lə qarşılaşan “Holştayn” darmadağına sevinib. “Leypsiq” isə “Volfsburq”la ev oyunundan inamlı qələbə ilə ayrılıb.

 

İlk oyun günündə keçirilməli olan “Yan Regensburq” – “Verder” matçı isə koronavirusa görə təxirə salınıb.

 

Almaniya kuboku

1/4 final

 

Essen – Holştayn 0:3

 

Leypsiq – Volfsburq 2:0


Digər xəbərlər

Xəbər xətti