"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 18-cu turunun "Sumqayıt"la səfər oyunundan (0:0) sonra mətbuat konfransında deyib.
O bildirib ki, bir müddətdir danışıq apardıqları kamerunlu vinger Luis Bonqonqu ilə anlaşma əldə olunub: "O, artıq yoldadır. Bura gəldikdən sonra sifariş ediləcək",
R. Sadıqov Bonqonqudan başqa da bir neçə futbolçu ilə danışıq apardıqlarını söyləyib.