Futbol üzrə Türkiyə Super Liqasında 28-ci tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub. “Fənərbaxça” bu tur “Antalyaspor”u qəbul edib. İstanbul təmsilçisi doğma meydanda xal itkisi ilə üzləşib.
“Alanyaspor” – “Göztəpə” matçı da heç-heçə yekunlaşıb. “Trabzonspor” isə “Kasımpaşa” səfərindən çətin qələbə ilə dönüb.
Türkiyə Super Liqası
28-ci tur
Kasımpaşa – Trabzonspor 1:1
Qol: Y.Erdoğan, 39-pen – Djanini, 24. Bakasetas, 73.
Alanyaspor – Göztəpə 1:1
Qol: Tsavellas, 54 – F.Aksoy, 43-öz qapısına.
Fənərbaxça – Antalyaspor 1:1
Qol: Valensiya, 83 – Fredi, 12.