“Böyük dəbilqə”: Kəramət Hüseynovun bürünc şansı - YENİLƏNİR

14:36 5 Mart 2021

Bu gün Özbəkistanın paytaxtı Daşkənddə “Böyük dəbilqə” turniri start götürür.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığması yarışa 12 cüdoçu ilə qatılıb. Turnirin ilk günü onlardan dördü tatami üzərinə çıxacaq.

 

Kişilər

60 kq
Yarışa 1/16 finalda başlayan Oruc Vəlizadə Mortiz Plafkini (Almaniya) məğlub edib. Amma o, 1/8 finalda özbəkistanlı Kamran Nurillaevə məğlub olub. 
Kəramət Hüseynov təsnifatda Rusiya təmsilçisi Ayub Bliyev, 1/16 finalda  Harim Lini (Cənubi Koreya), 1/8 finalda isə türkiyəli Mirac Akkusu mübarizədən kənarlaşdırıb. Ardından tacikistanlı cüdoçunu məğlub edən Kəramət yarımfinala yüksəlib. Amma idmançımız qazaxıstanlı Yeldos Smetovla dueldən məğlub ayrılıb. Bununla belə, cüdoçumuz podiuma qalxmaq şansını saxlayır. Bunun üçün Kəramət təsəlliverici görüşdə fransız Luka Mxeidzeni məğlub etməlidi.


66 kq
İlk cəhdində Bojidar Temelkovu (Bolqarıstan) məğlub edən Nicat Şəxəlizadə 1/8 finalda koreyalı Baul Ana uduzub. 
Orxan Səfərov isə mübarizəni ilk görüşdə Lukas Sanaya  (Finlandiya) uduzmaqla dayandırıb.

 

Qadınlar

48 kq
Leyla Əliyeva 1/16 finalda  Gulnur Muratbaeva (Özbəkistan) üzərində qələbə qazansa da, növbəti mərhələdə serbiyalı Milisa Nikoliçlə bacarmayıb. 
Bu çəkidəki digər təmsilçimiz Ayişə Qurbanlı isə ilk cəhdindəcə  Xalimajon Kurbonovaya (Özbəkistan) uduzub. 


Digər xəbərlər

Xəbər xətti