Futbol üzrə İngiltərə Premyer Liqasında 29-cu turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub. “Vest Bromviç” doğma meydanda “Everton”la üz-üzə gəlib. Qonaqlar bu oyunda minimal hesabla üstün olublar.
Turun mərkəzi görüşündə son çempion “Liverpul” turnir cədvəlinin 5-cisi “Çelsi”nin müqavimətini qırmağa çalışıb. Lakin son dövrlər uğursuz çıxışı ilə diqqət mərkəzində olan “qırmızılar” “zadəganlar”a da uduzub.
Bu turun “Fulhem” – “Lids”, “Brayton” – “Nyukasl”, “Vest Hem” – “Arsenal” matçları martın 19-20-21-də keçiriləcək. “Tottenhem” – “Sauthempton” matçının isə vaxtı məlum deyil.
İngiltərə Premyer Liqası
29-cu tur
Vest Bromviç – Everton 0:1
Qol: Riçarlison, 65.
Liverpul – Çelsi 0:1
Qol: Mount, 42.