“Keşlə”nin bir müddət öncə baxışa dəvət etdiyi Abengvah Kaleb paytaxt təmsilçisinin məşqçilər korpusu tərəfindən bəyənilməyib.
Sportarena.az xəbər verir ki, 23 yaşlı müdafiəçi Bakı təmsilçisində etimadı doğrulda bilməyib.
Bu üzdən də onun geri qaytarılmasına qərar verilib. “Keşlə” azad agent statusuna malik qanalı futbolçunu perspektiv üçün Bakıya gətirmişdi. Lakin futbolçu məşqlərdə özünü yaxşı tərəfdən göstərə bilmədiyi üçün, onun komandada saxlanılmasına ehtiyac duyulmayıb.