“Portuqaliya yığması bizim onları udacağımızı bilmir” - Canni De Byazi

12:00 8 Mart 2021

“Köməkçilərimdən çox razıyam. Ümid edirəm ki, vacib işlər görə biləcək, italiyalıların ölkə xaricinə qışlamaq və ya vaxt öldürmək üçün getmədiyini sübut edəcəyik".

 

Sportarena.az xəbər verir ki, bunu  Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi TMW radiosuna açıqlamasında yığmadakı işi barədə danışarkən deyib.

 

65 yaşlı mütəxəssis martın 24-də səfərdə Portuqaliya ilə oynayacaqları DÇ-2022-nin seçmə mərhələsinin görüşünə də toxunub. İtaliyalı baş məşqçi rəqibin matça rahat çıxacağını ümid etdiyini bildirib: "Tezliklə Portuqaliya ilə vacib oyunumuz var. Əsas problem odur ki, rəqib bizim onları udacağımızı bilmir. Ümid edirəm ki, bizimlə matça rahat çıxacaqlar".

 

Qeyd edək ki, İtaliyanın Turin şəhərindəki "Yuventus" klubuna məxsus stadionda keçiriləcək Portuqaliya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti