Türkiyə Superliqasında 29-cu tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, sonuncu oyun günündə 4 matç keçirilib. "Trabzonspor" doğma meydanda "Alanyaspor"a 1:3 hesabı ilə uduzub. "Fənərbaxça" isə səfərdə "Konyaspor"a 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, 29 turdan sonra turnir cədvəlinə 60 xalla "Beşiktaş" başçılıq edir. "Qalatasaray" 58 xalla 2-ci, "Fənərbaxça" eyni xalla 3-cüdür.
"Trabzonspor" – "Alanyaspor" - 1:3
Qollar: Pektemek, 66 (0:1), Davidson, 73 (0:2), Bakaseas, 80-pen (1:2), Davidson, 90+7 (1:3)
"Antalyaspor" – "Kasımpaşa" - 1:1
Qollar: Özmert, 38 (1:0), Thelin, 72 (1:1)
"Göztəpə" – "Ərzurumspor" - 3:1
Qollar: Şvexlen, 4-avtoqol, Bassan, 48 (1:1), Akbunar, 83 (2:1), Öztürk, 90+8 (3:1)
"Konyaspor" – "Fənərbaxça" - 0:3
Qollar: Szalay, 29, Samuel, 32, Aziz, 90