Sərbəst güləşçilərimiz Avropa Olimpiya Təsnifat turnirinə hazırlaşır - VİDEO

Sportarena.az      10 Mart 2021 , 02:01

Güləş üzrə Azərbaycan yığmaları martın 18-dən 21-dək Macarıstanda keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlığı davam etdirir.

 

Sportarena.az xəbər verir ki, sərbəst güləşçilərimiz Budapeştdə təşkil olunacaq lisenziya yarışına hazırlıq xarakteri daşıyan son təlim-məşq toplanışını Bakıda keçir.

 

Komanda baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında əsasən taktiki-texniki çalışmaları həyata keçirir. Olimpiya Güləş Mərkəzində baş tutan hazırlıq prosesində qonaq komandalar da iştirak edir. Fransa, Rumıniya və İsveçrə milliləri martın ilk günlərindən Bakıda yığmamızla birgə toplanış keçir.

 

Yığmamızın baş məşqçisi Namiq Abdullayev məsul yarışa hazırlıqla bağlı Azərbaycan Güləş Federasiyasının saytına açıqlama verib:

 

“Komanda Dağıstanda hazırlıq keçdikdən sonra Kiyev turnirinə yollandı. Beş medal qazandıq. Nəticəni uğurlu saymaq olar. Hazırda Bakıda son hazırlıq prosesini keçirik. Dörd ölkənin birgə təlim-məşq toplanışı çox effektlidir. Ümumiyyətlə, belə toplanışlar daim faydalı olur. Yoxlama görüşləri keçirilir və hazırlıq səviyyəsi yüksəlir. İnanıram ki, bunun müsbət nəticəsini lisenziya turnirində görəcəyik. Təlim-məşq toplanışları ilboyu davam edir. Müxtəlif yarışlarda iştirak edirik. Daim Güləş Federasiyası rəhbərliyinin, Milli Olimpiya Komitəsi, eləcə də Gənclər və İdman Nazirliyinin diqqət və qayğısıyla əhatə olunuruq. Yarışlara hazırlıqla bağlı heç bir problemimiz yoxdur. İdmançılarımızın potensialı yüksəkdir. Onlar Budapeştdə öz sözlərini deyəcəklər. Proqnoz vermək istəmirəm. Əlimizdən gələni edəcəyik ki, mümkün qədər çox lisenziya qazanaq”.

 

Qeyd edək ki, toplanış fevralın 15-dək davam edəcək. Avropa Olimpiya Təsnifat turnirinin proqramına əsasən, martın 18-19-da sərbəst güləşçilər lisenziya sahiblərini müəyyənləşdirəcək.

 

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin