Dino Ndlovu "Qarabağ"a qayıdır?

Sportarena.az      10 Mart 2021 , 10:43

Çinin I Divizionunda çıxış edən “Hançjou Qrintaun” klubundan ayrılacağı gözlənilən Dino Ndlovu karyerasını "Qarabağ"da davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, koronavirus pandemiyasına görə hələ Çinə qayıtmayan futbolçu yayda klubunu dəyişmək fikrindədir.

 

"Qarabağ"ın azarkeş səhifələri Ağdam klubunun keçmiş forvardının fotolarını paylaşmaqla ondan ötrü darıxdıqlarını və geri dönməsini arzulayıblar. Cənubi afrikalı futbolçu onlardan bəzilərini hekayə bölümünə yerləşdirib. Onun bu addımı “Qarabağ”a qayıtmasının əlehinə olmadığına işarə olub.

 

31 yaşlı forvard klubda ən çox maaş alan futbolçulardan biridir. Ndlovu Çin I Liqasında keçirdiyi 60 oyunda 40 qol vurub, 7 məhsuldar ötürmə edib.

 

2016-2017-ci illərdə “Qarabağ”da oynamış hücumçu 32 oyunda 17 qol vurmuşdu.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin