"Qalatasaray"da ayrılıq baş verib.
Sportarena.az klubun saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi yarımmüdafiəçisi Yunes Belhanda ilə yollarını ayırıb. 32 yaşlı futbolçunun sözləşməsi tək tərəfli ləğv edilib.
31 yaşlı futbolçunun "sarı-qırmızılar"la müqaviləsi mövsümün sonuna qədər idi. Belhanda 2017-ci ildən Türkiyə klubunda çıxış edirdi. O, meydana çıxdığı 131 oyunda 22 qol vurub, 26 məhsuldar ötürmə edib.