Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib.
Sportarena.az xəbər verir ki, “Liverpul” və “Leypsiq” arasındakı qarşılaşma pandemiya səbəbindən yenə Macarıstanda baş tutub. İlk görüşdə 2:0 hesablı qələbə qazanan ingilislərin növbəti mərhələyə yüksəlmək şansı daha çox dəyərləndirilir.
Gecənin daha bir qarşılaşması Fransada keçirilib. İlk oyunda “Barselona”nı 4:1 hesabı ilə darmadağın edən PSJ 1/4 finala daha yaxındır.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsinin cavab görüşləri
00:00. “Liverpul” (İngiltərə) – “Leyptsiq” (Almaniya) 2:0
Budapeşt, “Puşkaş Arena”. Baş hakim Kleman Tyurpen (Fransa)
İlk oyun - 2:0
00:00. PSJ (Fransa) – “Barselona” (İspaniya) 1:1
Paris, “Park-de-Prens”. Baş hakim Entoni Teylor (İngiltərə)
İlk oyun - 4:1