"Qarabağ"ın sabiq hücumçusunda narkotik aşkarlandı

15:16 10 Mart 2021

"Qarabağ"ın sabiq futbolçusu, hazırda Rumıniyanın “Dinamo” klubunda çıxış edən Maqaye Qeye narkotik maddə qəbul etməkdə ittiham olunur.

 

Sportarena.az xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb. Rumıniya kubokunun “Styaua” ilə matçından sonra aparılan dopinq-test zamanı hücumçunun qanında kokain aşkarlanıb.

 

Qeyd edək ki, Qeye 2019/2020 mövsümündə “Qarabağ”da çıxış edib. O, Ağdam klubunda 28 oyunda 8 qol vurub.


Digər xəbərlər

Xəbər xətti