Çempionlar Liqasının 1/8 final mərhələsinin "Mançester Siti" - "Borussiya" (Mönhenqladbax) cavab görüşü Mançesterdə keçirilməyəcək.
Sportarena.az xəbər verir ki, koronavirus pandemiyasına görə tətbiq edilən səyahət məhdudiyyətləri səbəbindən matç Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək.
Qeyd edək ki, "şəhərlilər"in 2:0 hesabı ilə qalib gəldiyi ilk görüş də Münhenqladbaxda yox, "Puşkaş Arena"da keçirilib. Cavab matçı martın 16-da olacaq.