Qara görə Tovuzdakı oyun yenə təxirə salındı

11:53 12 Mart 2021

Bu gün səhər saatlarından Tovuzda başlayan qar şəhər stadionunun qarla  örtülməsinə səbəb olub.
 

Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, aparılan son araşdırmalardan sonra “Turan Tovuz” – “Sabah-2” oyununun bu gün baş tutmayacağı məlum olub. Təmizləmə işlərindən sonra qarşılaşmanın sabah saat 15:00-da Tovuz şəhər stadionunda keçirilməsi nəzərdə tutulub.


Xatırldaq ki, fevralın 17-də "Turan Tovuz"un bu stadionda "Sumqayıt-2" ilə keçirilən oyunu da güclü qar səbəbindən yarımçıq dayandırımış və növbəti gün oynanılmışdı.


Digər xəbərlər

Xəbər xətti