Yunan-Roma güləşçilərimiz lisenziya turnirinə Bakıda hazırlaşır - VİDEO

Sportarena.az      12 Mart 2021 , 13:24

Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlığı davam etdirir.

 

Sportarena.az xəbər verir ki, martın 18-dən 21-dək baş tutacaq lisenziya yarışı üçün nəzərdə tutulan son təlim-məşq toplanışında taktiki-texniki çalışmalara üstünlük verilir.

 

Martın 4-dən Olimpiya Güləş Mərkəzində start götürən hazırlıq prosesi ayın 17-də başa çatacaq. Milli üzvləri baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçilər Akif Əliyevlə Həsən Əliyevin rəhbərliyi altında gündə bir dəfə olmaqla məşqlərdə iştirak edir.

 

Qeyd edək ki, yunan-Roma güləşi üzrə mübarizə Avropa Olimpiya Təsnifat turnirinin son iki günündə (20-21 mart) baş tutacaq. Komandamız 60, 67, 77, 87, 97 və 130 kq-da Olimpiadaya lisenziya qazanmağa çalışacaq.

 

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin