Çempionlar Liqasında həftənin rəmzi komandası müəyyənləşdi

13:39 12 Mart 2021

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarının ilk həftəsindən sonra rəmzi komanda məlum olub.

 

Sportarena.az xəbər verir ki, rəmzi heyətdə “Leyptsiq”i 2:0 hesabıyla məğlub edən “Liverpul”dan 6 futbolçu yer alıb:

 

Qapıçı: Keylor Navas (PSJ);

 

Müdafiəçilər: Nataniel Fillips, Ozan Kabak, Aleksander-Arnold (hər üçün “Liverpul”);

 

Yarımmüdafiəçilər: Sadio Mane, Məhəmməd Salah, Fabinyo (hər üçü “Liverpul”), Serjiu Oliveyra (“Portu”), Federiko Kyeza (“Yuventus”);

 

Hücumçular: Erlinq Haland (“Borussiya”, Dortmund), Yusif En-Nesiri (“Sevilya”). 


Digər xəbərlər

Xəbər xətti