Bəynəlxalq dərəcəli futbol hakimi Orxan Məmmədov karyerasını bitirir.
Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Azərbaycan Premyer Liqasının 20-ci turunda keçiriləcək “Qarabağ” – “Sabah” qarşılaşmasında sonuncu dəfə də baş hakim kimi meydana çıxacaq.
Bundan sonrakı karyerasını həvəskar və qadın hakimlərin təlimatçısı kimi davam etdirməyə qərar verən Məmmədov imtahanları uğurla verəcəyi təqdirdə 2021/2022-ci illər mövsümündən hakim-inspektor kimi Premyer Liqa oyunlarına təyinat alacaq.
Qeyd edək ki, 2005-ci ildən hakimlik karyerasına başlayan sabiq FİFA referisi 2008-2010-cu illərdə hakim köməkçisi, 2015-2017-ci illərdə isə baş hakim kimi beynəlxalq oyunlara təyinat alıb.