"Qalatasaray" Türkiyə Superliqasında növbəti oyuna çıxıb.
Sportarena.az xəbər verir ki, İstanbul klubu 29-cu turda "Kayserispor"un qonağı olub. Matç "Cim-Bom"un 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə xalını 61-ə yüksəldən Fatih Terimin baş məşqçisi olduğu komanda turnir cdəvəlinin 2-ci pilləsində qərarlaşıb. "Beşiktaş" 63 xalla (28 oyun) 1-ci, "Fənərbaxça" 58 xalla (28 oyun) 3-cüdür.
"Kayserispor" - "Qalatasaray" - 0:3
Qollar: Falkao, 44, Onekuru, 81, 89