"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Qəbələ"yə qarşı Premyer Liqanın 20-ci turunun oyunundan (1:1) sonra mətbuat konfransı keçirib.
Sportarena.az xəbər verir ki, o, Qəbələ səfərinin hər bir komanda üçün çətin olduğunu söyləyib: "Bu komandanın həmişə ruhu var. Ona görə də bu gün çempionatın hər oyununda müsbət tərəfdən seçilir. Oyuna pis başlamadıq, standart vəziyyətdən qol buraxdıq, ondan sonra futbolçular gərginləşdi. 5-10 dəqiqə oyuna nəzarəti itirdik. Daha sonra rəqib azlıqda qaldı, biz üstün oynamağa başladıq. Rəqib də təhlükəli əks-hücumlara çıxırdı. Sonda boyük qüvvəylə urəli atıldıq, əlavə hücumçular meydana buraxdıq, hətta stoperimizi hücuma göndərdik. Sonda bərabərlik qolunu vurduq. Bizim üçün burada məğlub olmamaq çox vacib idi".
R.Sadıqov bildirb ki, "Sumqayıt"la xal fərqini saxlayıbıar: "Avrozona üçün bu oyunda məğlub olmamaq çox önəmli idi".
- Müdafiədən razı qaldınız?
- Hesabda geri düşdükdən və rəqib azlıqda qaldıqdan sonra məcburiyyətdən Lazarı əvəzlədik. “Qəbələ” hücum və əks-hücum etməyi bacarır. Komandanın müdafiə olunmağından razı deyiləm.
- Son dəqiqələrdə İlkin Muradov rəqiblə mübahisə etdi. Buna səbəb nə oldu?
- Belə şeyləri sevmirəm, amma oyunun sonları idi, əsəblər tarıma çəkilir. Komanda hesabda geri, İlkin mübahisə edir. Olmaz belə şey, mənim komandamda belə şey olmamalıdır. Görünür, bu yöndə danışıqlar olacaq.
- Hakimlik çox bərbad idi?
- Xeyr, hakimlikdən narazı deyiləm. Amma 8 komandanın 8-i də etiraz edir. Hakimliklə bağlı bu oyunda narazılıq olduğunu düşünmürəm.